Eldar Mahmudovun oğlunun Londondakı şirkəti Britaniya xüsusi xidmət orqanlarının hədəfində

Azərbaycanın korrupsiyaya ən çox bulaşmış məmurlarından biri, mütəşəkkil cinayətkar qruplaşmanın başçısı, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov, hansı ki, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir, Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açıb.
Avtosfer.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Britaniya mənbələri məlumat yayıblar.
Məlumata görə, Anar Mahmudovun şirkəti Londonda bu ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvoliki məna daşıyır və korrupsiyaçı qəbilənin liderlərinin inisiallarlarını əks etdirir - Mahmudov Eldar və Anar. Pul vəsaitləri, hansı ki, Eldar Mahmudovun əlinin altında olan paqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb, əsasən bu şirkətdə cəmləşib.

Britaniya mənbələrinin xəbərinə görə, MEA Capital Limited şirkətinin yaradılması üçün Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Azərbaycan Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub.
Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.
Yeri gəlmişkən, virtualaz.org Anar Mahmudovun Londondakı 40 milyon funt dəyəri olan böyük mülkü haqda təfərrüatı ilə hələ ötən il yazmışdı.
Xatırladaq ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyev Britaniya polisi tərəfindən böyük məblğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Hazırda Z.Hacıyeva 500 min funt sterlinq girov müqabilində azadlığa buraxılıb..
Onu da qeyd edək ki, Azərbaycana ekstradisiya məsələsinə baxılana - gələn ilin iyun ayına qədər Zamirə Hacıyeva ev dustaqlığında olacaq. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Həmçinin onun M25 trasının hüdudlarını tərk etməyə ixtiyarı yoxdur. Bundan əlavə, Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










