Elektrikləşdirilmiş dəmir yolları niyə yenidən ön plana çıxır? – EKSPERT

Bu gün Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi qeyd olunur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu tarix təkcə texniki yeniliyin deyil, həm də ölkənin nəqliyyat və sənaye sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir.

Ekspertin sözlərinə görə, düz 100 il əvvəl postsovet məkanında ilk elektrikləşdirilmiş dəmir yolu xətti məhz Bakıda istifadəyə verilib. Bu addım Azərbaycanın nəqliyyat sahəsində dövrünü qabaqlayan strateji baxışa malik olduğunu nümayiş etdirib və ölkənin dəmir yolu tarixində mühüm dönüş nöqtəsinə çevrilib.
Rauf Ağamirzəyev qeyd edib ki, bir əsr əvvəl qoyulan bu təməl bu gün də aktuallığını qoruyur. Dünyada nəqliyyat siyasətinin dəyişdiyi, ekoloji tələblərin ön plana çıxdığı bir dövrdə elektrikləşdirilmiş dəmir yollarının əhəmiyyəti daha da artır.
"Karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin yüksəldilməsi, yüksək daşıma qabiliyyəti və dayanıqlı logistikanın təmin edilməsi baxımından elektrikləşdirilmiş dəmir yolları gələcəyin əsas nəqliyyat sistemlərindən biri hesab olunur. Yaşıl enerji və dekarbonizasiya hədəfləri fonunda dünyanın bir çox ölkəsində bu sahəyə investisiyalar sürətlə artır", – deyə ekspert bildirib.
Azərbaycanın bu istiqamətdə artıq bir əsrlik təcrübəsi var və bu üstünlükdən maksimum istifadə edilməlidir.
Tarixi irsin qorunması ilə yanaşı, dəmir yolu infrastrukturunun müasir tələblərə uyğun yenilənməsi, elektrikləşdirmə layihələrinin genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit potensialının daha da güclənməsinə mühüm töhfə verə bilər.
Rauf Ağamirzəyev əlavə edib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu fonunda dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və elektrikləşdirilmiş xətlərin inkişafı həm yükdaşımaların səmərəliliyinin artırılması, həm də dayanıqlı nəqliyyat sisteminin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












