Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Yaşayış binalarında mənzillərdən kabellər vasitəsilə elektrik enerjisi götürüb maşınların şarj edilməsi bu sahədəki çatışmazlıqla bərabər daha yeni problemə yol açdı: binaların elektrik enerjisində qısaqapanma və bunun nəticəsində yanğına səbəb oldu. Artıq mütəxəssislər irəli sürən bu iddiaları təsdiqlədilər: elektromobillərin hündürmərtəbəli yaşayış evlərindən uzadılan naqillərlı şarj edilməsi yanğına səbəb olur. Martın 17-də Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğının da elektrik avtomobillərinin binadakı elektrik cərəyanına qoşulması ilə baş verdiyi bildirilir. Belə olduğu halda bu yanğına səbəb olan, öz cibini güdməklə başqasına ziyan verən elektrik avtomobillərinin sahibləri cəzalandırılmalı, yaxud kompensasiya ödəməlidir.
Qanunlar bununla bağlı nə deyir?
Avtosfer.az-ın məlumatına görə, hüquqşünas Ruslan Mustafazadə Bizim.Media-ya bildirdi ki, elektrik avtomobillərinin yaşayış binalarında mənzillərdən götürülən elektrik enerjisi ilə qeyri-qanuni şəkildə şarj olunması ciddi insidentə yol açıb.
Hadisə nəticəsində həm ayrı-ayrı şəxslərə, həm də qruplara külli miqdarda maddi ziyan dəyib.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 187-ci maddəsi bu kimi halları tənzimləyir. Həmin maddəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində başqalarına xeyli və ya külli miqdarda ziyan vurulduqda məsuliyyət yaranır. Maddə iki hissədən ibarətdir: ehtiyatsızlıq nəticəsində xeyli miqdarda ziyan vurulması və külli miqdarda ziyan vurulması hallarıdır. Hər iki halda qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulur və məsuliyyətin dərəcəsi ekspertiza ilə təyin edilərək vurulan ziyanın həcminə uyğun müəyyən edilir”.
Ümid edirik ki, baş vermiş bu hadisədən sonra aidiyyəti qurumlar oxşar risklərin qarşısının alınması istiqamətində daha operativ və sərt tədbirlər görəcək.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












