“Elektrobusların xətlərə buraxılması atmosferə atılan zəhərli qazları azaldacaq” - Samir Abdullayev

Azərbaycanda elektrikli avtobuslarının xətlərə buraxılması atmosferə atılan zəhərli qazların azalmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədri Samir Abdullayev “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, ənənəvi nəqliyyat vasitələri öz yerini tədricən elektromobillərə və elektrik avtobuslarına verir: “Bu keçid gələcəkdə şəhər nəqliyyatının əsasını təşkil edəcək. Elektrik nəqliyyatına keçidin çətinlikləri də var. Azərbaycanda “yaşıl nəqliyyat”a keçid mövcud çətinliklərə baxmayaraq vacibdir”.
O bildirib ki, elektrik avtobuslar dizellə işləyənlərə nisbətən daha bahalıdır: “Bu sahədə qoyulan investisiyalar da daha böyükdür. Bundan əlavə, bu nəqliyyat vasitələri üçün geniş enerji doldurma məntəqələrinin yaradılması tələb olunur ki, bu da əlavə vəsait və infrastruktur deməkdir”.
S. Abdullayev qeyd edib ki, Azərbaycanda artıq bu istiqamətdə mühüm addımlar atılır: “Elektrik avtobusları istismara verilib, mikromobillik həllərinin tətbiqi genişlənir. Yol hərəkəti ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir, yeni anlayışlar və nişanlanma sistemləri tətbiq olunur”.
O əlavə edib ki, bütün bu işlər Bakı şəhəri kimi böyük demoqrafik yüklü və nəqliyyat sıxlığı olan şəhərlər üçün yaşıl enerji hədəflərinə çatmaq baxımından vacibdir.
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












