Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba

Elektrikli avtomobillər ilk dəfə yollara çıxdıqda hər şey daha təmiz bir dünya vədi ilə başlamışdı. Lakin bu medalın qaranlıq tərəfi də var. Bu gün Amerikadan Avropaya qədər bir çox bazarda yüksək qiymətlər və şarj sürəti kimi problemlər müzakirə edilsə də, Çin daha böyük və təhlükəli bir problemlə üz-üzədir: istismar müddətini başa vurmuş milyonlarla batareya. Avtosfer.az xəbər verir ki, Azərbaycanda da elektrikli avtomobillərin yayılması o qədər sürətlə baş verir. Amma köhnəlmiş batareyaların təhlükəsiz şəkildə utilizasiyası üçün lazım olan infrastruktur bu tempə uyğunlaşa bilməyib.
Batareya yorğunluğu: Sürətli böyümənin qarşılığı
Çin dövlət dəstəkli təşviqlər hesabına "Yeni enerji nəqliyyat vasitələri” sektorunda dünyanı geridə qoyub. 2025-ci ilin noyabr ayına dair məlumatlara görə, yeni avtomobil satışlarının təxminən 60 faizi elektrikli modellərin payına düşüb. Lakin bu nəhəng park artıq yaşlanma mərhələsinə daxil olur.
Batareyalar performansını itirir, köhnə modellər isə yeni texnologiyaların kölgəsində qalır. Mütəxəssislər 2030-cu ilə qədər Çin bazarında təxminən 7 milyon ton batareyanın istifadədən çıxacağını proqnozlaşdırır. Qlobal miqyasda litiumun 99 faiz saflıqla geri qaytarılması kimi ümidverici üsullar inkişaf etsə də, Çində toplanan bu nəhəng həcmdə batareya üçün mövcud həllər hələlik yetərli sayılmır.
Nəzarətsiz təkrar emalçılar və qeyri-qanuni risklər
İstifadə müddətini başa vurmuş batareyaların təkrar emalı əsasən iki üsulla həyata keçirilir: ya tam parçalanaraq metalları yeni batareyaların istehsalında istifadə olunur, ya da evlərə enerji təminatı kimi daha yüngül funksiyalara yönəldilir. Lakin Çində "qeyri-rəsmi” adlandırılan nəzarətsiz təkrar emal müəssisələri artıq öz qaydalarını formalaşdırıb. Hökumət tənzimləmələrini nəzərə almayan bu obyektlər köhnə batareyalara daha yüksək qiymət təklif edərək onları toplayır. Daha sonra bu hüceyrələri yenidən yığıb "yeni” batareya paketləri kimi bazara çıxarır və ciddi təhlükəsizlik riski yaradırlar.
Ətraf mühit və ictimai sağlamlıq təhlükə altındadır
Problemin ən qorxulu tərəfi isə istifadədən çıxmış batareyaların məhv edilməsi prosesidir. Heç bir qaydaya əməl etməyən bu qeyri-qanuni müəssisələr batareyaları birbaşa əzərək xam metal kimi satışa çıxarır. Bu zaman sızan kimyəvi maddələr və çirklənmiş tullantı suları birbaşa ətraf mühitə qarışır, yanğın riski isə əlavə təhlükə yaradır.
Əslində batareya və avtomobil istehsalçıları bu prosesi təhlükəsiz şəkildə həyata keçirmək üçün ən uyğun tərəflərdir. Çinli avtomobil markaları geri dönüşüm xidmətləri təklif etsələr də, qeyri-qanuni bazarın cəlbediciliyi prosesin sağlam və nəzarətli şəkildə aparılmasını çətinləşdirir (Qaynarinfo).
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










