Ələtə açılan yeni ekspres marşrutun üstünlükləri nələrdir? – Ekspert AÇIQLADI

28 iyul tarixindən etibarən 195E nömrəli yeni ekspres marşrut xətti fəaliyyətə başlayıb. Yeni marşrut Ələt qəsəbəsi ilə 20-ci Sahə dairəsi arasında sərnişin daşımalarını həyata keçirəcək.
Avtosfer.az xəbər verir ki, marşrut hər gün saat 06:30-dan 21:00-dək fəaliyyət göstərəcək. Avtobuslar 30 dəqiqə intervalla hərəkət edəcək. Xətt üzrə gediş haqqı isə 1,50 AZN müəyyən edilib.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, yeni ekspres marşrutun istifadəyə verilməsi Ələt istiqamətində ictimai nəqliyyatın inkişafı baxımından müsbət addımdır. Onun sözlərinə görə, bu xətt həmin ərazidə yaşayan sakinlərin paytaxta çıxış imkanlarını genişləndirəcək və ictimai nəqliyyatdan istifadəni daha əlçatan edəcək.

Eyni zamanda marşrutun daha səmərəli olması üçün onun şəhər mərkəzinə qədər uzadılmasını təklif edib. Ələtdə Azərbaycanın əsas logistika qapısı sayılan Beynəlxalq Dəniz Ticarət Limanı yerləşir və bu səbəbdən marşrutun Sahil bağı istiqamətinə qədər davam etdirilməsi daha məqsədəuyğun olardı.
Onun fikrincə, belə bir qərar liman əməkdaşlarının, eləcə də sərnişinlərin Bakı şəhərinin mərkəzinə birbaşa çatmasını təmin edər, əlavə nəqliyyat dəyişmələrinə ehtiyacı azaldar və yeni ekspres marşrutun cəlbediciliyini artırar. Bununla yanaşı, marşrutun sərnişin axınının artmasına və ictimai nəqliyyatın daha səmərəli təşkilinə də töhfə verəcəyi qeyd olunur.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












