Əlilliyi olan şəxslərə kredit verilmir? - AÇIQLAMA

Son vaxtlar Bakıda əlilliyi olan şəxslərə kredit verilmədiyinə dair iddialar yayılıb.
Bu mövzuda vətəndaşların şikayətləri sosial şəbəkələrdə öz əksini tapıb.
Vətəndaşların sözlərinə görə banklar əlilliyi olan şəxslərə kredit verməkdən imtina edirlər.
Bəs, görəsən bu məsələ hüquqi baxımdan necədir? Hansı halda vətəndaşa kredit verilə bilər, hansı halda verilə bilməz?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı hüquqşünas Hikmət Əliyev Milli.az-a açıqlamasında bildirib ki, əlilliyi olan vətəndaşlarımıza kreditin verilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:
"Bankın sırf bir şəxsin əlil olması səbəbilə kredit verməkdən imtina etməsi yolverilməzdir, lakin banklar istənilən şəxslə münasibətdə öz risklərini nəzərə alaraq kreditin verilməsindən imtina edə bilərlər. Bu məsələ tamamilə bankların risk əsasında qiymətləndirdiyi daxili qaydalara əsaslanır".
Bəs, bu qaydalara nələr daxildir? Banklar hansı halda vətəndaşa kredit verməkdən imtina edə bilərlər?
Hikmət Əliyev qeyd edib ki, banklar bu hallarda kredit verməkdən imtina edə bilər:
"Bankların risk amilini hesablamaq üçün xüsusi üsulları var. Burada borcun gəlirə olan nisbəti, kreditin təminatının kreditə olan nisbəti, vətəndaşın digər ödənişləri, hər biri nəzərə alınır. Bu məsələlər qiymətləndirilir. Bu kriteriyaların əsas məqsədi şəxslərin krediti qaytara bilmə imkanlarını müəyyən edilə bilməsidir. Beləliklə bankların şəxsə sırf əlil olması səbəbiylə kredit verməkdən imtina etməsi ayrı seçkilik hesab edilir və heç bir qanunda öz əksini tapmır”.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












