Elm və Təhsil Nazirliyi məktəbli avtobusu layihəsində böyük səhvlərə yol verib - Ekspert

Şagirdlərə ayrılan məktəb avtobuslarının qiymətləri ilə bağlı narazılıqlar davam edir. Valideynlər hesab edirlər ki, qiymətlər əlçatan deyil və ödəniş mexanizmi tam şəffaf deyil.
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu məsələdə Elm və Təhsil Nazirliyi çox böyük səhvlərə yol verib, məsələlərin detallarını tam müəyyənləşdirməyib və aydınlaşdırmayıb:
"Sadəcə, nəyinsə qarşılığında işi bir şirkətə həvalə ediblər. İş demək olar ki, yarımçıqdır.
Vətəndaşlar narazıdır, qiymət məsələsi əlçatan deyil. Ölkədə bu işi bilən, maraqlanan kifayət qədər ekspertlər və mütəxəssislər var. Təəssüf ki, Elm və Təhsil Nazirliyi yalnız özünü ağılla hesab edib, heç kimlə məsləhətləşməyib və qərar qəbul edib ki, "bu qiymət uyğundur”.
Ekspert bildirib ki, vətəndaşlar məntiqli hesablamalar aparır və qiymətin uyğun olmadığını deyirlər:
"Valideynlər düşünürlər ki, "həmin avtobuslara verilən pulun qiymətinə taksi tutar yaxud da uşaqlarını ictimai nəqliyyatla aparar”. Həvəslə bu avtobusları gözləyən valideynlər, artıq ona mənasız layihə kimi baxır.
O deyib ki, vətəndaşlar bu qiymətlərdən razı deyil:
"Qiymət məsələsi əsasən dövlətin məsuliyyətindədir. Lakin problem vətəndaşın üzərinə yüklənir. Dövlət burada subsidiya və güzəştlərlə vəziyyəti tənzimləyə bilərdi ki, vətəndaş inciməsin, qalan məbləği dövlət ödəsin. Əsas məqsəd məktəblərin ətrafındakı sıxlığı azaltmaqdır, amma əksinə, bütün məsuliyyət valideynin boynuna qoyulur”.
E.Muradlı qeyd edib ki, hər məktəbdə təlim-təhsil keyfiyyəti fərqlidir:
"Bütün məktəblərdə təlim-təhsil eyni olmur. Bu səbəbdən valideynlər daha yaxşı məktəb axtarır və məsafələr uzanır. Bu, uşaqların çox erkən oyanmasına, əlavə çətinliklərə səbəb olur. Düşünün körpə uşaq məktəbə getmək üçün saat 6-dan oyanmalıdır ki, 7-də avtobusa çatsın. Onsuz da çantaların ağırlığı da uşaqlar üçün təhlükəlidir və beyinlərini yorur”.(Azxeber.com)
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










