Elmi araşdırma: Bu qadınların övladları daha ağıllı olur

Ciddi və sərt anaların övladları daha ağıllı və bacarılqı olur. Dolayısı ilə onların həyatda uğur qazanmaq şansı daha yüksəkdir. Avtosfer.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, uşağı ideal etmək cəhdlərinə və daim narazı valideynlərə tab gətirmək asan deyil. Amma belə tərbiyədən sonra uşaqlar valideynlərinə çox minnətdar olur. Sorğu 2004-cü ildən 2010-ci ilədək olan dövrdə aparılıb və 15 000-dən çox 13-14 yaşında uşaq iştirak edib. Esseks Universitetinin professoru Erik Rasson bu barədə araşdırma aparıb. Araşdırmanın nəticələrində məlum olub ki, güclü anaların bacarıqlı uşaqları yetişir. Və ya əksinə, bacarıqlı insanların anaları çox tələbkar olub. Erik Rasson bildirib ki, bu tədqiqat ali təhsilə münasibəti öyrənib. Valideynlərin əksəriyyəti uşaqdan bunu tələb edir, xüsusilə də analar. Uşaqlarına böyük ümidlər bəsləyən anaların övladları daha çox özünəinamlı və əzmkardır. Tədqiqatın nəticələri göstərib ki, sərt anaların qızlarının vaxtından əvvəl hamilə qalmaq şansı 4 faiz azdır. Həmçinin sərt anaların uşaqlarının məzun olmaq və yaxşı iş tapmaq ehtimalı daha yüksəkdir. Bu, qeyri-real görünə bilər, amma, tələbkar və ciddi anaların uşaqları daha bacarıqlıdır. Psixoloq məsələni belə izah edib: "Bir çox hallarda valideynlərin iradəsi əleyhinə gedərək bizim üçün ən münasib hesab etdiyimiz işlərdə uğur qazanırıq. Amma biz nə qədər çalışsaq da, valideynlərimizin verdiyi istənilən tövsiyələr qəbul etdiyimiz qərarlara təsir edir. Lakin biz hesab edirik ki, hər şeyi özümüz həll edirik". Uşaqların əksəriyyəti zəhmli anaları düşməni hesab edir. Hərdən elə gəlir ki, onlar uşağın həyatını cəhənnəmə çevirirlər. Amma sonra uşaq böyüyür və buna görə anasına təşəkkür edir. O, anasının onu gücləndirmək üçün etdiyi bütün səylərini anlaya və qiymətləndirə biləcək. Və ehtimal ki, eyni tərbiyə nizamnaməsini növbəti nəslə ötürəcəkdir. Bəs ananız sizinlə uşaqlıqda ciddi və sərt olub? Bu tədqiqat barədə nə düşünürsünüz? (publika)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












