“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO

“Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasının qarşısında ekspres avtobuslardan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz şəkildə avtobuslara minib-düşməsinin təmin edilməsi məqsədilə dayanacaq ərazisi genişləndirilib.
Avtosfer.az xəbər verir ki, metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların dayanacaq hissəsində sərnişinlərin minib-düşməsi zamanı yaranan narahatlığın aradan qaldırılması üçün ərazidə müvafiq abadlıq işləri aparılıb.
AYNA və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ekspres avtobusların dayanacaq hissəsində mövcud torpaq sahə daşla döşənib. Bununla da sərnişinlərin avtobuslara daha rahat və maneəsiz minib-düşməsi, eləcə də ərazidə hərəkət şəraitinin yaxşılaşdırılması təmin olunub.
Qeyd edək ki, ekspres avtobuslar metro xətlərinin ayrılması ilə əlaqədar sərnişin daşımalarının fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilib.
Eltac
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












