Elon Musk, Tesla.com domeninin qiymətini açıqladı - Fantastik məbləğ

2016-cı ildə Elon Musk, Tesla.com adlı domeni Stu Grossman-dan almışdı. Avtosfer.az Technote-a istinadən bildirir ki, həmin vaxtda Musk-ın bu domeni hansı qiymətə aldığı məlum deyildi. Bir neçə gün öncə isə Musk domenin qiymətini açıqladı. Beləliklə, Musk həmin domeni 11 milyon dollara alıbmış. O, həmçinin qeyd edib ki, TeslaMotors.com domeni onun xoşuna gəlmirdi. Onun sözlərinə görə, Tesla.com domeni şirkətin inkişafına çox müsbət təsir göstərdi və onun həmin vaxtda buna yatırdığı vəsait artıq özünü doğruldub. Tesla üçün bu domenin arzuolunan olması və Musk-ın sözlərinə görə müqavilənin bağlanmasının uzun və çətin olmasına baxmayaraq, yenə də o, domeni məhkəmə yolu ilə deyil sülh yolu ilə almağı seçdi. Qeyd etmək lazımdır ki, Tesla qeydiyyatdan keçirilmiş ticarət nişanına sahibdir və domeni məhkəmə yolu əldə etmək istəyi halında şirkət bunu arqument kimi istifadə edə bilərdi. Lakin Nissan.com domeni ilə vaxtı ikən baş vermiş məşhur hadisədən sonra qərbdən olan sahibkarlar domenləri məhkəmə yolu ilə deyil, sülh yolu ilə almağa üstünlük verirlər.
Qeyd etmək lazımdır ki, vaxt ikən Nissan şirkəti Nissan.com domenini əldə etmək hüququndn həmişəlik məhrum oldu. Belə ki, şirkət həmin domeni məhkəmə yolu ilə əldə etmək istəyirdi. Lakin məhkəmə həmin məsələdə domen sahibinin lehinə çıxış edəndən sonra domen sahibi Nissan.com-u heç bir məbləğ qarşılığında satmağa razı olmadı. Bununla yanaşı domen sahibi Nissan.com-da şirkətin antireklamını da yerləşdirdi.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












