Eltisinin ölümünə səbəb olan həkim HƏBS OLUNDU

Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova yenidən hakim qarşısına çıxarılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan prosesdə barəsində həbs olmayan qərimkan tədbiri seçilən həkim barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib.
Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ülviyyə İlyasova barədə Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf-zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət versələrdə Bakı Appelyasiya Məhkəməsi bunu qismən təmin edib və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.
Daha sonra Bakı Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Appelyasiya Məhkəməsinin qərarı ləgv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.
Zərərçəkən tərəf Ülviyyə İlyasovanin cəzasının dahada ağırlaşdırılması tələbini ortaya qoymuşdu.
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












