Əməliyyat zamanı polis kapitanı balta ilə vuruldu

Biləsuvar rayonunda əməliyyat keçirən polis kapitanı balta ilə vurulub. Avtosfer.az-ın qafqazinfo-ya verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib. Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün dəvət olunublar. Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər. Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar. Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rafael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib. Bu zaman R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Yaralı olan R.Ağamalıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, bu hadisə ilə bağlı 3 nəfər kənd sakini saxlanılıb.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










