Əməliyyatlar bu tarixədək davam edəcək - İSRAİLDƏN AÇIQLAMA

İsrail ordusu İrana qarşı hərbi əməliyyatları ən azı üç həftə davam etdirməyi planlaşdırır.
Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü, briqada generalı Efi Defrin CNN-ə bildirib.
"Qarşımızda minlərlə hədəf var. Müttəfiqimiz olan ABŞ ilə koordinasiyalı şəkildə, ən azı yəhudi Pasxa bayramına qədər, təxminən üç həftə sonra davam edəcək planları həyata keçirməyə hazırıq. Və daha üç həftə üçün daha əsaslı planlarımız var", - Defrin deyib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin hərəkətləri müəyyən bir cədvəllə deyil, "İran rejimini zəiflətməkdən" ibarət olan ona həvalə edilmiş tapşırıqların yerinə yetirilməsi ilə müəyyən edilir.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib.
Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də zərbələr endirilib. İrana endirilən zərbələr Ali Lider Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxsin ölümünə səbəb olub.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












