Ən bahalı ev heyvanları: Bu itin dəyəri 375 milyon dollardır

375 milyon dollar dəyəri olan köpək varmı? Sual qəribə təsir bağışlamasın, çünki belə köpək gerçəkdən də, mövcuddur. Avtosfer.az milli.az-a istinadən bildirir ki, alman çoban iti cinsindən olan 4-cü Günter 375 milyon dollarlıq varidatın varisidir. Bu varidat ona atasından, 3-cü Günter adlı köpəkdən qalıb. Almaniyada yaşayan məşhur zadəgan Karlotta Leybenşteyn 1991-cü ildə vəfat etməzdən əvvəl bütün varidatını 3-cü Günterə vəsiyyət etmişdi. "Qəzəbli Pişik" (Grumpy Cat) kimi tanınan və sosial şəbəkələrin fenomeni olan 6 yaşlı pişik 99,5 milyon dollar dəyərindədir. Çünki bu pişik sahibəsi Tabata Bundesen indiyədək foto və videoəçəkilişlərdən, reklamlardan və filmlərdən məhz bu qədər qazanıb.
Dünynın "ən varlı" ev heyvanlarının ilk onluğunu təqdim edirik:
1. 4-cü Günter - 375 milyon dollar
2. Qəzəbli Pişik - 99,5 milyon dollar
3. Oliviya Benson (amerikalı müğənni Teylor Sviftin pişiyi) - 99,5 milyon
4. Şade, Sanni, Loren, Layla və Lyük (amerikalı teleaparıcı, multimilyarder Opra Uinfrinin köpəkləri) - 30 milyon dollar
5. Qiqu (britaniyalı multimilyonçu, nəşriyyatçı Mayls Bləkuellin toyuğu) - 15 milyon dollar
6. Konçita (qlamur milyonçu model Qeyl Poznerin çiahua cinsindən olan köpəyi) - 11,3 milyon dollar
7. Bart (ABŞ-da yaşayan təlimçilər Daq və Linn Seusların 18 yaşlı ayısı) - 6 milyon dollar
8. Pontiak (aktrisa Betti Uaytın qızılı retiver cinsindən olan köpəyi) - 5 milyon dollar
9. Çupe (məşhur modelyer Karl Laqerfeldin pişiyi) - 3,5 milyon dollar
10. Babls (mərhum pop kralı Maykl Ceksonun şimpanze cinsindən olan meymunu) - 2 milyon dollar.










Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA










