Ən bahalı malikanə satılır - FOTO

ABŞ-ın ən bahalı malikanəsi sayılan "Chartwell" satış qiyməti aşağı salınıb. Avtosfer.az milli.az-a istinadən bildiririr ki, ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceloesin Vestsayd səmtində, Bel-Eyrdə yerləşən bu malikanənin ilkin satış qiyməti 350 milyon dollar idisə, indi həmin malikanəni 250 milyon dollara satın almaq olar. "Univision" korporasiyasının sahibi, mediamaqnat Cerri Perençio bu malikanən 1986-cı ildə milyarder, otellər şəbəkəsinin sahibi Arnold Kirkbebdən satın almışdı. Mediamaqnat malikanəni alandan sonra dizayner Anri Semüelə və memar Pyer Barbyeyə tam təmir layihəsini sifariş vermişdi. Perençio bu ilin may ayında 86 yaşında vəfat edib. 10,3 hektarlıq ərazidə yerləşən, 18-ci əsr fransız sarayı stilində tikilmiş malikanənin 22 metr uzunluğunda hovuzu, bağları, tennis kortları, bal zalı, 40 avtomobilik yeraltı qarajı, 12 min butulkalıq şərab zirzəmisi var. "Multiple Listing Service" şirkətinin satışa çıxardığı malikanə 1962-1971-ci illərdə ABŞ-da çox populyar "The Beverly Hillbillies" komediya teleserialında Klampettlər ailəsinin evi idi. Malikanə 1930-cu ildə memar Samner Spoldinqin layihəsi əsasında inşa olunub.


Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












