Ən tez dəyər itirən maşın markaları AÇIQLANDI

Avtomobil bazarında qiymətlərin dəyişməsi son illərdə daha çox müşahidə olunur. Bəzi modellər sürətlə dəyər itirdiyi halda, bəziləri uzun illər qiymətini qoruyur. Bu fərqin səbəbləri həm texnologiya, həm də istehsal yanaşması ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, köhnə bəzi model avtomobillər 10 il bundan qabaq neçəyə idisə, indi də təxminən o qiymətədir:
"Amma dəyər itirən daha çox yeni avtomobillərdir. Son 10 ildə, xüsusən 2015-ci ildən bəri avtomobillər tez-tez yenilənir. Məsələn, iki, üç və ya dörd ildən bir yeni nəsil modellər çıxır. İstər Kia-da, istər Hyundai-da, istər Çin avtomobillərində olsun, yeni model çıxdıqca iki il əvvəl buraxılanın dəyəri aşağı düşür.
Hər hansı bir avtomobili 0 kilometr alırsan. Salondan çıxan kimi, məsələn 40 minə aldığın maşın bir gündən sonra avtomatik olaraq 5-7 min manat dəyər itirir.
Köhnə model avtomobillərə gəldikdə isə, misal üçün 1998, 1999, 2000, 2001-ci illərin "dördgöz” adlanan E-klass və C-klass Mercedes modelləri var. Bunlar 15 il əvvəl də 13-15 min manat aralığında idi, bu gün də həmin E-klass 2.2 CDI motorlu modellər təxminən eyni qiymətədir. C-klass 2.2 CDI və ya 1.8, 2.0 benzin mühərrikli modellər də o dövrdə 12 min manat idisə, indi də təxminən həmin qiymətlərdədir".
Ekspert bildirib ki, səbəb isə odur ki, köhnə modellər keyfiyyətini itirmir:
"Ona görə də dəyəri ciddi şəkildə düşmür. Yeni nəsil avtomobillərdə isə 50 min və ya 100 min kilometrdən sonra mühərrikdə səs, ötürücü qutusunda nasazlıq və ya digər texniki problemlər üzə çıxa bilir. Köhnə modellər daha dözümlü və uzunömürlü olduğu üçün qiymətləri sabit qalır.
Məsələn, 2024-cü ilin Çin avtomobili ilə 2026-cı ilin Çin avtomobili arasında funksional fərqlər olur. Telefonlarda olduğu kimi modellər yeniləndikcə yeni funksiyalar əlavə olunur və insanlar da yeni modellərə yönəlir. Qiymət fərqi az olduğuna görə çoxları köhnə versiyanı satıb yenisini alır", - deyə o qeyd edib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












