Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan quru sərhədi ilə Türkiyəyə keçməyə icazə verməyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın "AZfront" Teleqram kanalı yazıb. Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək, "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı. Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib. "Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq səviyyədə tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini öz diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransa Prezidentinin artıq 30 ildən çoxdur bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi üçüncü tərəfin ikitərəfli kommunikasiyaları açmasının misilsiz nümunəsi ola bilərdi. Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları və Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı uçurumu bir daha vurğuladı", - deyə nəşr "Le Journal du Dimanche" qəzetinin "Fransa diplomatiyası Makronun dövründə sürətlə öz əhəmiyyətini itirir" adlı məqaləsini də misal gətirərək yazıb.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












