Ərəblərin ölümünə səbəb olan sürücü ilə bağlı QƏRAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Elçin Məmmədovun cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində Rasim Abıyevin idarə etdiyi “Mersedes Benz - C180” markalı avtomobil hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi “Nissan Sanni” markalı avtomobillə toqquşub. Nəticədə “Nissan Sanni” markalı avtomobildə olan sərnişinlər - Birləşmiş Ərəb Əmirliyi vətəndaşları - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən hadisədə təqsirli bilinən Elçin Məmmədov həbs edilib. Onun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












