Əri tərəfindən öldürülən qadının bacısı ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüsalə Cavadova ifadə verib. O, qətlə yetirilmiş Günel Qəhrəmanlının bacısı olduğunu bildirib. İfadə verməmişdən əvvəl şahid təqsirləndirilən şəxsin üzünü görmək istəmədiyini qeyd edib. V.Cavadova bacısının günahsız olduğunu deyib. Daha sonra o, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb. Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib. Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1993-cü il təvəllüdlü E.Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki - 7 və 5 yaşlı övladı var.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












