Ərini döyə-döyə öldürən qadın məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə T.Vəliyevanın anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 17-nə təyin edilib. İttihama görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. 23 yaşlı Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub. Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












