Ərini öldürən qadın: Anamı döyüb, qolunu dişlədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs T.Vəliyeva ifadə verib. O deyib ki, hadisə günü mərhum əri sərxoş vəziyyətdə evə gəlib və onu döyməyə başlayıb: “Heç bir səbəb olmadan məni və daha sonra anamı döydü. Anamın qolunu dişlədi, onu öldürməyə cəhd etdi. Həmin vaxt anamın başına elə vurdu ki, başından qan açıldı. Bunu gördüm, elə bildim, anam öldü. Mən də özümdə olmadım, ərimin üstünə getdim. Sonra nə baş verdiyini xatırlamıram”. Onun sözlərinə görə, mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qalıb. Sonra təqsirləndirilən şəxs vəkil və prokurorun suallarını cavablandırıb. T.Vəliyeva onu da deyib ki, ərinin öldüyünü görəndən sonra bu barədə polisə məlumat verib. Məhkəmə iclası oktyabrın 15-də davam etdiriləcək.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












