Ərini öldürən qadın dəlixanaya göndəriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə T. Vəliyevanın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib. O, bu səbəbdən T. Vəliyeva barəsində tibbi ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib və T. Vəliyevanın müayinə olunmaq üçün Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar qəbul edilib. Məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb. İttihama görə, hadisə Bakının Sabunçu rayonunda baş verib. 23 yaşlı Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












