Ərini öldürən qadın: "Məni fahişəliyə cəlb etmək istəyirdi"

Bakıda həyat yoldaşının öldürülməsində iştirak etdiyinə görə saxlanan qadın istintaqa ifadə verib. Avtosfer.az Sputnik.az-a istinadən bildirir ki, bu barədə Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, ötən şənbə günü 1982-ci il təvəllüdlü R.M. (adı etik səbəblərdən tam verilmir) kürəyinə vurulan bıçaq zərbəsi səbəbindən ölüb. Kişi xəstəxanada keçinib. Faktla bağlı onun həyat yoldaşı V.O. saxlanılıb. İlkin istintaq zamanı üç uşaq anası olan qadın bildirib ki, əri onu işləməyə və fahişəliklə məşğul olmağa məcbur etməyə cəhd göstərib. Bu alçaldıcı tələb onu bıçağa əl atmağa vadar edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik qadının dediklərini təsdiq etməyin tez olduğunu bildiriblər. Çünki ölmüş adam qadının dediklərini təsdiq və ya təkzib etmək qüdrətində deyil. Qətl faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












