Ərinin balkondan atdığı qadın Azad Rəhimovun qohumudur

Bakıda baş verən dəhşətli cinayətin qurbanı olan Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır. Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A.Rəhimov və ailəsi də iştirak edib.
Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.
Sözügedən ailə bir müddət əvvəl medianın gündəminə mülklə bağlı gəlib. Adelyanın atası A. Namazov həyat yoldaşı (Adelyanın anası) Samirə Süleymanovadan şikayətçi olaraq hədə-qorxu ilə evinin əlindən alındığını bildirmişdi. Hətta tərəflər Səbail Məhkəməsində üz-üzə gəlmişdilər.
Qeyd edək ki, hadisə dünən saat 3 radələrində baş verib. “Buta Palace”nin art direktoru Ramiz Taxveli xanımı Adelya Taxvelini 5-ci mərtəbədən balkondan atıb. R.Taxveli narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










