"Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlər yaradır" - Əhməd İsmayılov

İnkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə agentliyin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, müasir diaqnostik təhlillər erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsini gələcəkdə müxtəlif problemlərə səbəb ola biləcəyini aşkarlayıb: “Ölkəmizdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik bir neçə əsas aspekti əhatə edir və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini hədəfləyir. Bu qanun layihəsi rəqəmsal dünyanın mövcud problemlərindən qorunma baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi də vacib hesab olunur”.
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












