Erməni biznesmenlərin olduğu avtomobilə silahlı hucum – FOTO

Rusiyanın Yekaterinburq şəhərində ötən axşam naməlum silahlılar içərisində erməni biznesmenlərin olduğu “Audi” markalı avtomobilə silahlı hücum edərək çoxsaylı atəş açıblar. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanları silahlı hücumun əvvəlcədən planlaşdırıldığını bildirib. Belə ki, pul vəsaitlərinin nağdlaşdırılması ilə məşğul olan erməni biznesmenlər avtomobildə özləri ilə böyük məbləğdə nağd pul aparıblar. Bu barədə öncədən xəbərdar olan naməlum şəxslər pulu ələ keçirmək üçün biznesmenlərin olduğu avtomobili atəşə tutublar. Lakin silahlılar hücumu sonadək aparmayıb və hadisə yerini pulu ələ keçirmədən tərk ediblər. İnsident nəticəsində ölən və yaralanan olmayıb. O da qeyd olunur ki, bilinməyən səbəblərdən silahlı dəstənin atəşi dayandıraraq hadisə yerindən qaçması təəccüb doğurub. İstisna edilmir ki, hücumun əsl məqsədi oğurluq yox, ermənilərə xəbərdarlıq olub. Hadisə yerinə polislə yanaşı, Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələrinin qara şüşəli avtomobillərdə gəlməsi də diqqət çəkib. İnsidentlə bağlı Rusiya hüquq-mühafiz orqanlarında cinayət işi açılıb, istintaq aparılır. Qeyd edək ki, Rusiyadakı erməni lobbisi və disporunun əsas maliyyə dayaqlarından biri də qeyri-qanuni gəlirlərin və çirkli pulların yuyulması, nağdlaşdırma ilə məşğul olan erməni biznesmenlərdir.

Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS










