Erməni şagirdlər sərhəddən 30 metr aralıda futbol oynayır, bax, sülh budur - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi TRIPP layihəsinin icra mərhələsinə daxil olur. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb. Paşinyanın sözlərinə görə, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, ABŞ, Ermənistan və Azərbaycan hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab edirlər.
“Biz məmnunluqla qeyd edirik ki, mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq, Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikası hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin icrasını prioritet məsələ sayırlar”, - deyə Ermənistanın baş naziri bildirib.
Nikol Paşinyan vurğulayıb ki, bu yanaşma layihənin həyata keçirilməsinin bölgədə uzunmüddətli, sabit və etibarlı sülh üçün mühüm dayağa çevrilməsi anlayışına əsaslanır.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında qurulan sülhün möhkəm hüquqi təməli var.
“Sülh məcburi hüquqi qüvvəyə malikdir. Bu halda mən delimitasiya üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti nəzərdə tuturam. Kirantsdakı məktəbin Azərbaycanla sərhəddən cəmi 50 metr məsafədə yerləşməsi artıq həmin məktəbin şagirdlərini qorxutmur. Üstəlik, onlar sərhəddən 30 metr aralıda futbol oynayırlar. Bax, sülh budur”, - deyə Paşinyan bildirib.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












