Ermənilər bu kəndi niyə boşaldıb? - VİDEO

Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, NaxçıvanTV Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndinin görüntülərini yayıb. Xəbərdə bildirilir ki, Naxçıvanla həmsərhəd olan kəndlər uzaqdan sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub. Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir. Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər 21-ci əsrdəki erməni kəndlərinin real simasına çevrilib. İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı Arevis kəndinin ərazisində dağılmış evlərin sayı abad binalardan dəfələrlə çoxdur.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












