Ermənilər Kəlbəcərdə daha iki SES istifadəyə verdi...

Ermənilər 27-ci ildir ki, işğal altında saxladıqları Kəlbəcər rayonunda daha iki kiçik su elektrik stansiyası istifadəyə veriblər. Avtosfer.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda separatçı nəşrlərə qondarma rejim başçısının müşaviri hesab olunan Araik Arutyunyan adlı məlumat verib. SES-lərdən biri Lev çayı, digəri isə "Trxe" adlandırılmış digər çayımızın üzərində tikilib. Elektrik stansiyalarının Avropa texnologiyasına uyğun tikildiyi bildirilir. Xatırladaq ki, bu ilin avqustunda Lev çayı üzərindəki SES-in tikintisi haqda xəbər verilmişdi.
Onu da vurğulayaq ki, Lev çayı öz vətənpərvər və haqpərəst şeirləri ilə xalqın əsl sevgisini qazanmış ustad şair Bəhmən Vətənoğlunun doğulduğu Seyidlər kəndi yaxınlığından və 5 il müəllim işlədiyi Lev kəndindən keçərək Tərtər çayına qovuşur... Bu çayın adı şairin şeirlərinin bəzəyi olub. Vaxtilə Bəhmən Vətənoğlunun ilham aldığı Lev çayından indi düşmənlərimiz enerji alacaqlar...
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












