Ermənistan bu ərazini Azərbaycana qaytarmağa hazırlaşır? - Paşinyandan AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi İrəvanın anklav və eksklav məsələsini gündəmdən çıxara bilməyəcəyini söyləyib. Baş nazir Ermənistanın problemdən imtina etməyəcəyini və həll yolu axtardığını bildirib. Nikol Paşinyanın seçkidən sonra ilk dəfə anklav və eksklav məsələsi ilə bağlı geniş açıqlama verərək, bu problemin Azərbaycanla delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Onun açıqlaması Ermənistan ictimaiyyətində Nüvədi kəndinin Azərbaycana geri qaytarılacağının anonsu kimi dəyərləndirilir.
Danışıqlarda Nüvədi məsələsi varmı? Delimitasiya və demarkasiya prosesində anklav-eksklav məsələsinin həlli hansı şəkildə mümkün ola bilər?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, anklav və eksklav məsələsi sərhədlərin müəyyənləşməsi prosesi ilə müəyyən olunmalıdır:
“Sərhəd komissiyalarının təmasları və görüşləri ilə bu məsələ müzakirə edilir, araşdırılır. Sərhədin bir hissəsi müəyyən edilmişdi, lakin hiss olunur ki, danışıqlar sürətlə getmir. Ermənistan ümumiyyətlə qərar verməlidir. Xüsusilə işğal edilən bəzi kəndlər geri qaytarılmalıdır. Onlar da müəyyən əraziləri istəyirlər. Hazırda sülh prosesinin imzalanması ləngiyir. Paşinyanın dediyindən belə çıxır ki, Ermənistanda konstitusiya referendumu bu il keçirilməyəcək. Biz anklav və eksklavların geri qaytarılmasını istəyirik, lakin bu, vaxt aparacaq bir məsələdir”.
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












