Ermənistan dəmir yollarına 30 milyarddan artıq vəsait qoymuşuq, təzminat tələb edəcəyik

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Ermənistanın Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı əlavə ödənişlər tələb etməsini əsassız adlandırıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə Cənubi Qafqaz Dəmir Yolu "pulsuz" aktiv deyil, əksinə Rusiyanın 30 milyard rubldan çox investisiya yatırdığı, hərəkət tərkibini yenilədiyi və müqavilə öhdəlikləri çərçivəsində infrastrukturunu inkişaf etdirdiyi bir müəssisədir.
Nazirin sözlərinə görə, əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilsə və bunun nəticəsində investora zərər dəysə, Rusiya kompensasiya tələb etmək hüququ əldə edəcək.
"Rusiyanın Ermənistana əlavə ödəniş etməli olduğu barədə məsələ qaldırmaq əsassızdır", – Reşetnikov Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva ilə münasibətlərə alternativ axtarılması barədə bəyanatını şərh edərkən bildirib.
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












