Ermənistan dəmir yollarını Rusiyadan geri almaq istəyir

“Ermənistanın dəmir yollarının idarə olunması məsələsi hazırda Rusiya tərəfi ilə müzakirə olunur”.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Biz mümkün qədər tez cavab gözləyirik. Layihənin əhəmiyyəti böyükdür. Buna görə də, bu məsələni müzakirə və həll etməkdən başqa alternativimiz yoxdur”, - o bildirib.
Simonyan əlavə edib ki, bu istiqamətdə müəyyən maraq göstərən ölkələr var: “Amma danışıqlar davam edir, hələlik yekun qərar yoxdur”.
Ermənistan KİV-in yaydığı məlumata görə, İrəvan bəzi ölkələrə “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nu almaq və idarə etmək üçün müraciət edib. Məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı Rusiyaya müraciəti kontekstində gündəmə gəlib.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Baş nazir Nikol Paşinyanın müvafiq mesajından sonra Moskvanın İrəvanla danışıqlara başlayacağını açıqlamışdı. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bundan sonra artıq danışıqların başladığını bəyan etmişdi.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












