Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, ümumilikdə 7835,7 litr alkoqollu və sərinləşdirici içkilər, 4235700 ədəd tütün məmulatı, 1621.8 kq qarışıq ərzaq məhsulları, 14479.65 kq müxtəlif növ məişət malları məhv edilib. Qeyd edək ki, məhv edilən mallar 2016-18-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir. Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 27 litr spirtli içkilər də olub. Xatırladaq ki, prosesdə DGK-nin “Azterminalkompleks” birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib. Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA














