Ermənistan kəşfiyyatçının Azərbaycana əsir düşdüyünü təsdiqləyib

Ermənistanın Müdafiə Nazirliyi kəşfiyyatçı Karen Kazaryanın Azərbayan ordusuna əsir düşdüyünü təsdiqləyib.
Avtosfer.az “Report”a istindən verdiyi xəbərə görə, məlumatda 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı Karen Kazaryanın Tavuş vilayətinin Berdavan kənd sakini olduğu bildirilir.
Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, müdafiə naziri, eyni zamanda Əsir və Girov Götürülmüş, İtkin Düşmüş Şəxslər üzrə İdarələrarası Komissiyanın sədri David Tonoyan Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib.
Azərbaycanın Müdafiə Nazirliyi iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyi barədə məlumat yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












