Ermənistan prezidenti təyyarəsiz qaldı

Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyası “Airbus” təyyarəsindən məhrum olub, dövlət başçısının büdcə xərcləri isə 741 milyon dram (1,5 milyon dollar) azaldılıb. Avtosfer.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti administrasiyasının yeni rəhbəri Emil Tarasyan bildirib. Onun sözlərinə əsasən, prezidentin 2019-cu il üçün xərcləri 1,183 milyard dram (2,4 milyon dollar) təşkil edəcək ki, bu da 2018-ci il büdcəsinin 61.5 faizidir. Qeyd edilir ki, ixtisarların əsas hissəsi əmək haqlarına aiddir - 532 milyon dram. 2019-cu ildə isə növbəti ixtisarlar gözlənilir. Belə ki, qanunla hazırki 180 iş yeri əvəzinə 150-si nəzərdə tutulub. Ermənistan parlamentinin Dövlət məsələləri və insan haqlarının müdafiəsi daimi Komitəsinin sədri Gevork Kostanyan isə bildirib ki, bu cür ixtisarlar təbiidir, çünki prezidentin səlahiyyətlərində əsaslı dəyişikliklər baş verib. Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin aprelindən vəzifəsinin icrasına başlayıb. Həmin zamandan da Ermənistan parlament idarəetmə modelinə keçib.
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO










