Ermənistan TRIPP-in icrasını təxirə salmaq niyyətində deyil - Paşinyan

Ermənistan TRIPP-in həyata keçirilməsini təxirə salmaq niyyətində deyil, buna heç bir səbəb yoxdur.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və TRIPP layihəsinin praktiki icrasına başlanılacaq.
Ermənistanın Baş naziri bildirib ki, İrəvan artıq Azərbaycan üzərindən tranzit yollarından istifadə edir və istənilən vaxt Azərbaycan və Türkiyə arasında tranziti təmin etməyə hazırdır.
O, Ankara və Bakının hələlik İrəvanın qarşılıqlı təklifindən istifadə etmədiyini qeyd edib.
Paşinyan əmindir ki, kommunikasiya yollarının açılması ilə bağlı Ermənistan və Azərbaycanın niyyətləri bir-birinə zidd deyil və hər iki tərəfin maraqlarına əsaslanır.
“Biz gərgin və dəyişkən bir regionda yaşayırıq və əgər özümüz özümüzə qayğı göstərməsək, bu sarsıntılar bizə də təsir edəcək. Aramızda münaqişələr dövlətçiliyimizi həssas vəziyyətə gətirir və bizi geosiyasi baxımdan əlverişli bir hədəfə çevirir”, – o əlavə edib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












