Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA

Ermənistanda parlament seçkilərinə qalan vaxt azaldıqca siyasi arenada vəziyyət gərginləşir. Nikol Paşinyanın öz rəqiblərini getdikcə sıradan çıxarması, keçmiş ölkə rəhbərliyi ilə bağlı cinayət işləri və s. addımlar onu qalibiyyətə daha da yaxınlaşdırır.
Avtosfer.az xəbər verir ki, Ermənistanda “Respublika” partiyasının lideri Aram Sarkisyan da namizədliyini irəli sürüb və bəzi Qərb mənbələrində Paşinyanın əsas rəqibi kimi təqdim edilib.
Beynəlxalq ictimaiyyəti maraqlandıran suallardan biri isə növbəti 6 ay ərzində Ermənistandakı siyasi arenada nələrin baş verəcəyidir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, “Respublika” partiyasının nüfuzu Ermənistanda bir o qədər güclü deyil. Yəni, bu partiya keçmiş president Serj Sarkisyana, demək olar ki, məxsus olan bir partiyadır.

“Baxmayaraq ki, partiyanın lideri də baş nazirliyə namizədi də Aram Sarkisyandır. Yəni, nüfuzu bir o qədər güclü deyil. Əvvəlki parlament seçkilərində də bu partiya çox az faiz səs toplamışdı və həmçinin müxalifət demək olar ki, parçalanmış vəziyyətdədir. Ümumi ittifaqa nail ola bilmədilər. “Qarabağ klanı” daxilində də hazırda ayrıseçkilik var. İstər Seyran Ohanyan olsun, istər Robert Köçəryan, istərsə də Serj Sarkisyan, hər biri fərdi şəkildə seçkilərə qatılmaq barəsində qərar veriblər. Eyni zamanda Rusiyadan gələn milyarder, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan, onun da seçkilərə qoşulması bu da vəziyyəti kifayət qədər gərginləşdirən bir amildir.
Üstəlik, Paşinyan cəmiyyətdə ayrıseçkilik salmaqda davam edir. Yəni, siyasi olaraq cəmiyyəti parçalayır, Ermənistan cəmiyyətində kilsə və köhnəliyə qarşı mübarizə artıq demək olar ki, ən üst səviyyəyə qaldırılıb. Bütün bunların fonunda deyərdim ki, Ermənistanda müxalifət daxilində ciddi şəkildə siyasi problemlər var və bu da Paşinyanın vəziyyətini yaxşılaşdırır.
Xüsusilə də son zamanlarda Qərblə olan yüksək səviyyədə əməkdaşlıq, Ermənistanın ABŞ ilə yaxınlaşması, Paşinyanın ardıcıl şəkildə Avropa dövlətlərinə etdiyi səfərlər, bütün bunlar da Ermənistanda şəhər əhalisi, xüsusilə də gənclərin iqtidarın ətrafında daha sıx birləşməsinə zəmin hazırlayan bir məsələdir. Digər bir məsələ də, Azərbaycanla olan münasibətlərin normallaşması istiqamətində atılan addımlardır. Çünki Ermənistan cəmiyyətinin böyük hissəsi artıq müharibə istəmir və buna görə də müharibə ritorikasiyasından danışan müxalifəti deyil, daha çox əməkdaşlığa çağıran, Azərbaycanla əməkdaşlıq etmək niyyətini ifadə edən və Türkiyədə Azərbaycanla əməkdaşlığı bildirən iqtidarı dəstəkləməyə davam edəcəklər.
Düşünürəm ki, bu seçkilərdə Nikol Paşinyanın partiyası qalib gələcək. Ola bilər ki, tək başına hökumət üçün lazımlı səsi toplamasın, amma böyük ölçüdə birinci yerə çox böyük ehtimalla Paşinyanın partiyası çıxacaq”.
Səfər
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı
Hikmət Hacıyevin adından yayılan video saxtadır – RƏSMİ AÇIQLAMA
Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA
Kəmaləddin Heydərovun işdən çıxardığı şəxs xanımının yaxın qohumu imiş - FAKTLAR
Aİ-92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…
Səhhəti pisləşdi, vəzifədən getdi - Yeni təyinat











