"Əsas hədəflərdən biri qurumları özəlləşdirməyə hazır vəziyyətə gətirməkdir" - "AZCON Holdinq"in rəhbəri

"AZCON Holdinq"in başlıca hədəflərdən biri son nəticədə nəqliyyat, telekommunikasiya və rəqəmsal sahədə fəaliyyət göstərən qurumları özəlləşdirməyə hazır vəziyyətə gətirməkdən ibarətdir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.
O əlavə edib ki, AZCON Holding nəqliyyat, telekommunikasiya və rəqəmsal infrastrukturu vahid ekosistem halında mərkəzləşdirən bir qurumdur: "Əsas məqsədimiz bu qurumların institusional inkişafını təmin etmək, onların əməliyyat effektivliyini və rəqabətqabiliyyətini artırmaqdır. Holdinqin qurulmasını zəruri edən bir sıra mühüm amillər mövcud idi. Birinci amil dövlət büdcəsi üzərindəki maliyyə yükünün həddindən artıq yüksək olması ilə əlaqədardır. Dövlət büdcəsindən Holdinqin nəzarətindəki qurumlara həm subsidiya, həm də investisiya xarakterli müxtəlif ödənişlər edilirdi və əsas məsələ bu ödənişlərin effektivliyinin yüksəldilməsindən ibarət idi. Burada başlıca məqsəd həmin subsidiyanın daha nəticəli istifadə edilməsi, ayrılmış investisiya vəsaitlərinin geri qayıtması və gəlir baxımından öz həcmini daha səmərəli əks etdirməsindən ibarət idi".
Ş.Babayev qeyd edib ki, növbəti məsələ isə qurumların hədəflərinin ölkənin nəqliyyat və telekommunikasiya sahəsindəki strateji əhəmiyyətli prioritetlərinə uyğunlaşdırılmasından ibarət idi: "Bu proses nəticəsində Holdinq daxilində artıq hər bir istiqamət üzrə vahid hədəflər müəyyən edilib və əsas amalımız bu qurumların ölkənin iqtisadi yüksəlişinə daha böyük töhfə verməsini təmin etməkdir. Bu, təbii bir prosesdir və qurumların əvvəllər müstəqil şəkildə öz fərdi hədəflərinə yönəlməsi anlaşılandır".
Onun sözlərinə görə, üçüncü vacib amil həmin qurumların maliyyə mənbələrinə çıxış imkanları ilə bağlıdır: "Maliyyə resursları həmin qurumlar tərəfindən fərdi qaydada müəyyən məhdudiyyətlər çərçivəsində cəlb edilirdi və elə böyük investisiya layihələri mövcud idi ki, onların reallaşdırılması ayrı-ayrılıqda çətinləşirdi".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












