Əsassız həbs olunan şəxs 13 ay sonra azadlığa buraxılıb

Tramp Administrasiyası İŞİD terror təşkilatına mənsubiyyətdə ittiham olunaraq həbs edilən ABŞ vətəndaşını azadlığa buraxıb. Şübhəli bilinən şəxs ona qarşı rəsmi ittiham irəli sürülmədiyi halda 13 ay həbsxanada qalıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şübhəli bilinən ekstremistin saxlanılması faktı Amerika cəmiyyətində ölkə vətəndaşlarının azadlığından tutmuş hakimiyyətin səlahiyyətlərinin məhdudlaşdırılması kimi bir çox məsələləri gündəmə gətirib. Şəxsiyyəti açıqlanmayan bu vətəndaşın adı məhkəmə sənədlərində "Con Dou” olaraq qeyd edilib. Məhkəmədə onu təmsil edən Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqının (ACLU) verdiyi bəyanatda deyilir ki, şübhəli bilinən şəxsin yeri hökumətlə olan məxfi razılığa əsasən, elan edilməməlidir. Lakin "The New York Times” qəzetinin yaydığı xəbərə görə, ABŞ hökumətinin rəsmi nümayəndəsi onun həyat yoldaşı və qızı ilə birgə yaşadığı Bəhreyndə azadlığa buraxıldığını təsdiq edib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












