Əsgərlikdən gəlib 4 yaşlı qızı zorladı, ölümünə səbəb oldu - Azərbaycanda cinayətin təfərrüatı

4 yaşlı qızı zorlayan şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Naxçıvanda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməklə ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hadisə ötən il iyulun 30-da axşam saatlarında baş verib. Hadisədən bir neçə gün əvvəl hərbi xidmətdən gələn Ələsgər Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib. O, toyda 4 yaşlı qızın başını aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb. Səs eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb. Azyaşlı həyatını itirib. Ələsgər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Ələsgər Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












