Eskalator faciəsinin günahkarları tapıldı

"Roma metrosunda eskalatorda yaranan problemə görə, rusiyalı azərkeşlər günahkardır. Onlar eskalatorda özlərini uyğunsuz şəkildə aparıblar". Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın vitse-prezidenti və eyni zamanda Daxili İşlər naziri Matteo Salvini bildirib. O, qeyd edib ki, 30-dan çox insanın xəsarət aldığı hadisənin səbəbkarı eskalatorun üstündə oynayan azarkeşlər olub. Salvinin sözlərini Roma meri Virciniya Raci də dəstəkləyib. Xatırladaq ki, hadisə dünən axşam saatlarında baş verib. Belə ki, eskalatorun sürəti anidən artıb və onun üzərində olan insanlar yıxılmağa başlayıb. Eskalator onların geyimlərini dartıb, dişlərin arasın salıb. Hadisə zamanı xəsarət alan 19 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 16-nəfəri rusiyalı olub. Yaralananlardan 8 nəfərin xəsarəti ciddi olmadığı üçün xəstəxanadan buraxılıblar. Digərlərinin müalicəsi davam etdirilir. 3 nəfərin vəziyyəti ağırdır. Xatırladaq ki, ötən gün "Repubblica" stansiyasında eskalatorda problem yaranıb. Azarkeşlər "Roma" və MOİK komandaları arasında Çempionlar Liqasının III tur matçının keçiriləcəyi "Olimpiko" stadionu istiqamətinə gedirmiş.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












