Əsrik Cırdaxan-Kirən-Baqqallı yolunun tikintisi yekunlaşmaq üzrədir - FOTO

Respublikamızın şəhər və rayonlarında nəqliyyat infrastrukturunu müasir səviyyəyə çatdırmaq, eləcə də ucqar dağ kəndində yaşayan sakinlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq Tovuz rayonunun Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun yenidən qurulması layihəsi yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətindən Azərtac-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisi aparılan həmin yolun 20 kilometrinə asfalt-beton örtük salınıb. Ucqar dağ kəndlərinə çəkilən yolun eni 4-6 metr arasında dəyişir. Layihə çərçivəsində yeni salınan yolboyu küvetlər açılıb, su ötürücü qurğular və su keçidləri salınıb. Hazırda həmin layihənin davamı olaraq Yanıqlı kəndini birləşdirən hissədə tikinti, hamarlama və genişləndirmə işləri davam etdirilir. Bildirilib ki, bu yolun istifadəyə verilməsi ilə 8 min nəfərdən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi və digər kəndlərlə etibarlı nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq. Həmçinin Tovuzun bu əsrarəngiz guşəsi bölgədə turizmin inkişafına böyük təkan verəcək. Əsrik dağ çayından keçməklə başlayan yeni salınmış Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun Hacıhəsənli kəndinədək olan hissəsi indi şəhər magistrallarından heç də geri qalmır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA














