Eşşək ətinin satışı ilə bağlı AÇIQLAMA – VİDEO

Qarmaqlarda mal və qoyun ətlərini görməyə öyrəşmişik. Burada at və eşşək əti görmək isə kimsəyə xoş gəlməz. Halbuki, dünyanın bir çox ölkələrində at və eşşək əti yemək normal hesab edilir. Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Azad İstehlakçılar Birliyinin sədri - Eyyub Hüseynov: "Ölkəmizdə heç bir ətin satışı qadağan deyil. 63-cü illərdə bir sənəd qəbul olunub. O sənəd məndədir. 15 respublika arasında bir Azərbaycanda eşşək əti yeməli ət kimi, növləri, qiymətləri yazılıb". Yəni məsələ qəssabların eşşək ətini sata bilməməsində deyil. Eşşəyin mal yerinə qoyulmasındadır. O qədər at və uzunqulaq ətinin mal əti adı altında sırınmasını eşitmişik ki, bu da insanlarda inamsızlıq yaradır.
Sakin: "Mal ətinin özünün neçə cür rəngi olur. At əti tünd olur. Gündə ətdən istfadə edən adam onu o dəqiqə bilməlidir".
Bilərək, istəyərək dadmaq istəyən çətin tapılsın. Amma yazıq adam hardan bilsin ki, üstünə böyük həriflərlə mal, qoyun hətta quzu əti yazılan bu cəmdəklər, əslində, hansı heyvana mənsubdur? Əti-ətdən fərqləndirmək üçün də gərək işin ustası olasan. Qəssablar bunu daha yaxşı bilir.
Qəssab: "Sümüyü və üstündə saxladığı dərisi ilə seçmək çox asandır. Evinə ət alıb aparıb qazana tökəndə ondan üfunət iyi gəlir. Həmin adam hiss etmir ki, bu ət iyi deyil?!"
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri - Ziyəddin Kazımov: "At ətindən respublikada istifadə olunması məqsədəuyğun deyil".
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO










