Eşşək ətinin “xeyri” haqqında yeganə kitabı erməni müəllif yazıb

Əgər KİV bundan sonra da Azərbaycanda eşşək fermasını reklam etməyə davam etsə, yaxın gələcəkdə ölkədə "eşşək ətindən dönər" satan obyektlər də olacaq. Avtosfer.az bildirir ki, bunu oxu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, fermerlərin eşşək südünün satışı ilə bağlı sözləri cəfəngiyatdır. "Bu, sadəcə, gəlir gətirmir. Əslində, onlar eşşək ətinin satışından götürəcəkləri gəliri hesablayırlar", - Hüseynov qeyd edib. Ekspert bildirib ki, əhali arasında eşşək südünün faydası ilə bağlı təbliğat aparılır, lakin bu məlumatlar heç bir elmi faktlarla əsaslandırılmayıb. "Eşşək südünün və ətinin xeyri barədə heç bir təsdiqlənmiş elmi sübut yoxdur. Yalnız 1963-cü ildə yazılan bir kitab var. Kitabın müəllifi guya eşşək ətinin və südünün qəbul edilməsinin vacibliyindən yazır. Ən maraqlısı isə odur ki, kitabın müəllifi ermənidir və o, yazısında guya coğrafi xüsusiyyətlərinə görə Ermənistan əhalisinə eşşək əti və südünü məsləhət görmür", - E.Hüseynov əlavə edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












