Etirazçılar paytaxtda yolların bir hissəsini bağlayıblar - FOTO

Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Aşot Aqaronyan bildirib.
Aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və Yerevanda hərəkəti iflic etməyə çağırıb. Polis yolları bağlayan maşınları götürməyə cəhd göstərir.
Bildirilib ki, aprelin 19-da mitinqdə 3 min nəfər işrtirak edib. Ötən bir gündə 123 müxalifətçi tutulub. Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir. Buna baxmayaraq aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb. Deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












