Etirazçılar polis maşınının altına girdilər - FOTO

Ermənistanda aprelin 13-dən bəri Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə etiraz əlaməti olaraq başladılan aksiyalar bu gün də davam edir. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Elk” müxalif fraksiyası lideri Nikol Paşinyanın rəhbərik etdiyi aksiyada bu gün səhər daha 20 nəfər etirazçı saxlanılaraq polis bölməsinə aparılıb.
Mitinq iştirakçılarının bu gün əsas hədəfi hökumət binası olub. Xüsusi təyinatlı qüvvələr hökumət evi ətrafına toplaşanları oradan uzaqlaşdırmağa çalışıblar. Aksiya iştirakçıları isə polis maşınlarını altına girərək onun hərəkətini məhdudlaşdırmaq istəyiblər.
Ermənistan polisi xatırladıb ki, dövlət idarəetmə orqanları xüsusi mühafizə olunan obyektlərdir və polisin vəzifəsi onları qorumaqdır. Əgər hər hansı hücum təhdidi olarsa polis silahdan istifadə edəcək. Bu arada Nikol Paşinyan polisləri mitinq iştirakçıları tərəfə keçməyə səsləyib.




Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












