Etirazçılar və polis arasında qarşıdurma olub

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında etiraz aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaşanıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, aksiyanın təşkilatçısı Zaza Saralidze və etirazçılar parlamentin qarşısındakı Rustaveli prospektini bağlamağa və çadırlar qurmağa cəhd ediblər. Polis onların bu cəhdinin qarşısını alıb. Qarşıdurmadan sonra Z.Saralidzenin halı pisləşib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəblilərdən birinin atası Z.Saralidze dünəndən etibarən parlamentin binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












