ETSN Bakıda ağac kəsilməsi ilə bağlı yayılan videoya münasibət bildirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət və ağac kəsintisini əks etdirən video daxil olub. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib. Araşdırma zamanı məlum olub ki, videoda əks olunan kadrlar 2017-ci ildə həmin ünvanda çəkilib. Qeyd edək ki, 2017-ci ilin fevral ayında Nazirliyin əməkdaşları tərəfindən Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında 4 ağacın kəsildiyi faktı aşkar olunub. Araşdırma zamanı ağacların “Green servis” MMC tərəfindən kəsildiyi məlum olmuş və barəsində akt tərtib edilmişdi. MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Xətai Rayon Məhkəməsinə göndərilib. Əraziyə sakinlərin iştirakı ilə ağaclar əkilmiş və onlara aqrotexniki qulluq göstərilməsi üçün Xətai rayon Mənzil İstismar Sahəsinə icrası məcburi olan “məcburi göstəriş” verilmişdi. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO














