ETX: “Azərpoçt”un adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır - FOTO

“Azərpoçt” MMC-nin adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır.
Avtosfer.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Dələduzlar müxtəlif platformalar, o cümlədən, elan saytları və mesajlaşma tətbiqləri üzərindən vətəndaşlara saxta məlumatlar göndərirlər. İki əsas üsuldan istifadə olunur: bəzi hallarda, vətəndaşlara ünvan məlumatlarının guya düzgün olmadığı bildirilir və bu səbəbdən bağlamalarının çatdırıla bilmədiyi qeyd olunur; digər hallarda isə dələduzlar alıcı kimi çıxış edərək məhsulu almaq istədiklərini deyir və ödəniş üçün saxta keçid göndərirlər.
Hər iki halda vətəndaşlardan keçidlərə daxil olmaları tələb olunur. Bu keçidlərdə saxta saytlar yaradılır və orada istifadəçilərdən bank kartı məlumatları, şəxsiyyət vəsiqəsi nömrəsi və digər fərdi məlumatları daxil etmək tələb olunur. Nəticədə həmin məlumatlar dələduzların əlinə keçir və bu da maliyyə itkilərinə, məlumatların üçüncü şəxslərə ötürülməsinə səbəb olur”, - deyə ETX-nin məlumatında qeyd olunub.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallarda diqqətli olmağı, naməlum mənbələrdən gələn mesajlardakı keçidlərə daxil olmamağı, heç bir halda bank kartı və fərdi məlumatları şübhəli keçidlər vasitəsilə paylaşmamağı və belə mesajlar aldıqda məlumatları yalnız rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir.



ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












